22/06/2019
15:22
3291
| A A A
Trippye Italiya nəhənginin maraq dairəsində

Tottenham-in futbolçusu Kiran Trippye Juventus-un diqqət mərkəzinə düşüb.

Goal.az xəbər verir ki, Turin təmsilçisinin yeni baş məşqçisi Mauritsio Sarri 28 yaşlı müdafiəçinin transfer edilməsini istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Trippye, Manchester City-ə transfer olunacağı gözlənilən Joao Kanseloya əvəzləyici kimi düşünülür. Juventus Trippyeyə illik 2,6 milyon avro məvacib və 5 illik sözləşmə təklif edəcək.

Son mövsümdə Tottenham-in heyətində 38 qarşılaşmaya çıxan müdafiəçi, İngiltərə millisinin də üzvüdür.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40025 səs