06/09/2019
19:56
10596
| A A A
Klopp: "Çempion olduğumuz gecənin səhəri bir yük avtomobilinin kuzovunda oyanmışdım"

Yurgen Klopp Bundesliqanın 2011/12 mövsümündə sükanı arxasında olduğu Dortmund Borussia-sının çempionluq partisinindən sonra başına gələn maraqlı hadisəni danışıb.Goal.az xəbər verir ki, hazırda Liverpool-u çalışdıran məşqçi həmin gün baş verənlərin çox hissəsini xatırlamır: "Borussia ilə çempion olduğumuz gecənin səhəri günü başımı itirmişdim. Çempionluq partisinin səhəri bir yük avtomobilinin kuzovunda oyanmışdım. Ora necə gəldiyimi indi də xatırlamıram. Yük yerindən düşüb, bağçaya çıxdım ki, kimisə tapım. Qarşıma çıxan adam isə Borussia-nın "CEO"su Vatzke idi. Yol kənarına çıxıb, avtostop etdik. Vatzke bir maşını dayandırdı - sürücü türk idi. Adama "bizi də apar" dedi, türk isə “xeyr, aparmayacağam” cavabını verdi. Daha sonra Vatzke cibindən 200 avronu çıxarıb, sürücüyə verdi və “bəli, aparacaqsan” dedi. O da razılaşdı”.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
1261 səs