22/09/2019
19:17
1273
| A A A
Şərif Şərifov dünya çempionatında gümüş medal qazandı

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Şərif Şərifov final görüşünə çıxıb.

Goal.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan ikiqat Avropa çempionunun rəqibi Rusiya təmsilçisi Abdulrəşid Sadullayev olub.

İlk yarı Sadullayevin üstünlüyü ilə tamamlanıb - 3:0. İkinci hissədə də rəqibinə xal verən Şərifov 0:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını 1 qızıl, 3 gümüş, 2 bürünc medalla başa vurublar.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37007 səs