18/10/2019
20:35
743
| A A A
Tokio-2020 üçün ayrılacaq vəsaitin məbləği artırıldı

2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar Azərbaycanın dövlət büdcəsindən 10,7 milyon manat vəsaitin ayrılması planlaşdırılıb.

Goal.az-ın məlumatına görə, bu, 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində əksini tapıb. Həmin sənədə əsasən, məbləğin 10 milyon manatı XXXII Yay Olimpiya Oyunlarında hazırlıq və iştirak üçündür. 700 min manat vəsait XVI Paralimpiya Oyunlarına qatılmaqdan ötrü nəzərdə tutulub.

Fiziki və əqli qüsurlu idmançıların yarışlarda iştirakı üçün isə 800 min manat ayrıla bilər.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün 8 milyon manat ayrılmışdı. // "Report"

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs