22/10/2019
13:00
707
| A A A
"Paris-2024"-ün loqotipi təqdim olundu - FOTO

Parisdə yay Olimpiya oyunlarının Təşkilat Komitəsi 2024-cü ildə keçiriləcək beynəlxalq yarışların rəsmi loqotipini təqdim edib.

Goal.az "France24.com"a istinadən xəbər verir ki, emblem gümüşü-qızıl rəngdədir və 3 simvoldan ibarətdir.

Loqotip Olimpiya alovunun təsvir edildiyi qızıl medala bənzəyir.

Həmçinin loqotipdə Fransa Respublikasının simvolunun xüsusiyyətləri təsvir edilib. Təşkilatçıların sözlərinə görə, medal idmanı simvollaşdırır, atəş olimpiya hərəkatıdır, Mariana isə Fransanı əks etdirir.

Qeyd edilir ki, tarixdə ilk dəfə emblem Olimpiya və Paralimpiya oyunları üçün ümumi olacaq. Oyunlar 26 iyulda başlayacaq və avqustun 11-dək davam edəcək. Paralimpiada isə avqustun 28-də start götürəcək və sentyabrın 8-də sona çatacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs