26/10/2019
16:55
772
| A A A
Portuqaliyalı futbolçu 4 aylıq zədələndi

Benfica klubu ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Portuqaliya təmsilçisinin futbolçusu Rafa Silva uzun müddətlik sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun Lyon-la matçında (2:1) zədələnən 26 yaşlı oyunçunun sol budunun əzələsində yırtıq müəyyən olunub. Portuqaliya millisinin də formasını geyinən Silva 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu mövsüm Benfica ilə 12 oyuna çıxan Rafa, 4 qol vurub və eyni sayda da məhsuldar ötürmə edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs