20/02/2020
10:35
2041
| A A A
Nazim Babayev Olimpiya oyunlarına vəsiqə qazandı

Azərrbaycan atleti Nazim Babayev Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Goal.az-ın məlumatına görə, üçtəkanla tullanma növündə çıxış edən 23 yaşlı idmançı buna Fransanın Lyeven şəhərində keçirilən Qış Dünya Turunun yarışında nail olub.

O, 17,15 metr nəticə ilə gümüş medal qazanıb və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib.

Qeyd edək ki, Nazim Babayev 2019-cu ildə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb. Olimpiada 24 iyul - 9 avqustda baş tutacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8829 səs