11/04/2020
14:23
1516
| A A A
Koronavirus olimpiadanın 2021-ci ildə keçirilməsinə də təsir edə bilər

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi koronavirus pandemiyasının 2021-ci ilə təxirə salınan yarışa da təsirini istisna etmir.

Goal.az-ın məlumatına görə, bu barədə komitənin baş katibi Tosiro Muto "Associeted Press" agentliyinə açıqlamasında bildirib.

O deyib ki, gələn ilin iyulunadək virusun yayılmasının qarşısının alınacağı məlum deyil: "Əlbəttə, hazırda buna dəqiq cavab verə bilmərik. Oyunları 1 illik təxirə salmağı qərara aldıq. Bu, o deməkdir ki, həmin vaxta qədər edə biləcəyimiz olimpiadaya böyük səylə çalışmaqdır. Ümid edirəm ki, bəşəriyyət gələn il böhrandan çıxa biləcək".

Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək. (Report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5570 səs