28/05/2020
19:39
1142
| A A A
Türkiyə Super Liqası ilə bağlı qərar verildi

Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası olub.

Goal.az TFF-in saytına istinadən xəbər verir ki, iclasda Super Liqanın taleyi ilə bağlı son qərar verib. Mövsümün daha öncə açıqlandığı kimi, iyunun 12-də bərpa olunacağı bildirilib. Oyunların təqviminin gün ərzində açıqlanacağı qeyd olunub.

Kubokun yarımfinalının cavab oyunlarının tarixi isə açıqlanıb. İyunun 16-da "Fenerbahçe” – "Trabzonspor”, iyunun 18-də isə "Alanyaspor” – "Antalyaspor” matçı keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqası mart ayında - 27-ci turda koronavirus pandemiyasına görə dayandırılıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8918 səs