01/08/2020
10:00
246
| A A A
Olimpiya çempionu koronavirusa yoluxdu

CAR-lı idmançı, 400 metr məsafəyə qaçış üzrə olimpiya çempionu olmuş Ueyd van Nikerkin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Goal.az xəbər verir ki, idmançı avqustun 1-də İtaliyanın Trieste şəhərində keçiriləcək yarışlarda çıxış etməli idi, ölkəyə iyulun 19-da gəlmişdi.

Van Nikerk 2016-cı ildə keçirilən Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış üzrə qalib olub. O, iki dəfə dünya çempionu, bir dəfə dünya çempionatının gümüş mükafatçısı olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12126 səs