25/02/2021
15:54
3090
| A A A
"Tokio-2020"nin məşəli estafeti yarımçıq dayandırıla bilər

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəl estafeti müəyyən şərtlər yerinə yetirilmədiyi təqdirdə dayandırıla bilər.

Goal.az xəbər verir ki, bu barədə "Tokio-2020"nin Təşkilat Komitəsinin dərc etdiyi koronavirusun yayılmasına qarşı tədbirlər planında bildirilir.

Qeyd olunub ki, estafet onun marşrutunu izləməyə həddindən artıq insanın toplaşacağı halda yarımçıq qala bilər. Bununla əlaqədar yerli sakinlərdən estafetin birbaşa yayımını izləməklə kifayətlənməli xahiş olunur. Təşkilatçılar estafet iştirakçıları, könüllülər və digər cəlb olunmuş şəxslərin maska taxmaq, sosial məsafəni gözləmə və dezinfeksiyaedici maddələrdən yararlanma kimi bütün ehtiyat tədbirlərə əməl edilməsinin vacibliyini də vurğulayıblar.

Təşkilat Komitəsinin yeni sədri Seyko Hasimoto Təşkilat Komitəsinin olimpiya məşəli estafetinin uğurlu və təhlükəsiz keçirilməsi üçün bütün səyləri göstərəcəklərini diqqətə çatdırıb. Estafetə qatılan məşhurlar elə sahələrə qoyulacaqlar ki, təşkilatçılar onların çoxlu insan qruplarından müdafiəsini tam təmin edə bilsinlər. Estafetin startı martın 25-də Fukusima prefekturasında veriləcək. Qaşış 121 gün sürəcək, məşəl isə ölkənin bütün 47 prefekturasından keçməlidir.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11344 səs