12/04/2021
13:58
481
| A A A
Yaponiya sakinləri növbəti dəfə olimpiadaya qarşı çıxdı

Yaponiya sakinlərinin 2/3-dən çoxu Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğv edilməsinin və ya təxirə salınmasının tərəfdarıdır.

Goal.az xəbər verir ki, bu, "Kyodo" agentliyinin keçirdiyi sorğunun nəticəsində bəlli olub.

Respondentlərin 39,2 faizi yarışın ləğvinə, 32,8 faizi növbəti ilə təxirə salınmasına səs verib. Olimpiadanın təyin olunmuş vaxtda keçirilməsini isə sorğu iştirakçılarının cəmi 24,5 faizi dəstəkləyib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.(report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs