21/04/2021
16:48
687
| A A A
Azərbaycanlı olimpiya çempionu vəfat etdi

Voleybolçu qadınlar arasında azərbaycanlı olimpiya çempionu Vera Lantratova vəfat edib.

Goal.az xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Lantratova 74 yaşında ölüb. Mərhum idmançının ölüm səbəbi məlum deyil.

Bakıda anadan olmuş Vera Lantratova klub səviyyəsində yalnız “Neftçi” komandasında çıxış edib. Lantratova “ağ-qaralar”ın heyətində 1966 və 1970-ci il SSRİ çempionatlarının bürünc mükafatçısı olub.

Lantratova 1968-ci ildə SSRİ yığmasının heyətində Yay Olimpiya Oyunlarının qalibi olub. Mərhum idmançı SSRİ yığması ilə 1967-ci ildə Avropa, 1970-ci ildə isə dünya çempionu olub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs