26/04/2021
12:51
695
| A A A
Azərbaycan Olimpiya oyunlarına 20-ci lisenziyanı qazandı

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Goal.az xəbər verir ki, Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalında Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlməklə buna nail olub.

Bu, Azərbaycanın ümumilikdə 20-ci olimpiya lisenziyası olub.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11229 səs