07/05/2021
18:33
1372
| A A A
Avropa Liqasında həftənin ən yaxşısı seçildi

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.

Goal.az xəbər verir ki, bu ada Manchester United-in hücumçusu Edinson Kavani layiq görülüb.

34 yaşlı uruqvaylı forvard Roma-ya 2:3 hesabı ilə uduzduqları oyunda dubl edib.

Qeyd edək ki, evdəki ilk oyunda 6:2 hesabı ilə qələbə qazanan "qırmızı şeytanlar" səfərdəki məğlubiyyətə baxmayaraq, finala yüksəliblər. Mançester təmsilçisinin mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək həlledici matçdakı rəqibi Villarreal-ı olacaq.