09/05/2021
13:44
943
| A A A
Tokio-2020: Dörd para-taekvondoçumuz üçün lisenziya şansı

Azərbaycanın 4 para-taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Təsnifat Turnirində finala yüksəlib.

Goal.az xəbər verir ki, qadınların yarışında Röyalə Fətəliyeva (49 kq) və Aynur Məmmədova (58 kq), kişilərin mübarizəsində isə İmaməddin Xəlilov (61 kq) və Əbülfəz Abuzərli (75 kq) bütün rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıblar.

Qeyd edək ki, qaliblər Tokio-2020 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar. Final görüşləri bu gün axşam saatlarında baş tutacaq.