21/07/2021
11:19
1434
| A A A
Tokio-2020 Olimpiya Oyunları başladı

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk yarışı keçirilib.

Goal.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 9:00-da meydana qadınlardan ibarət softbol komandaları çıxıb. Oyunların ilk matçında Avstraliya ilə Yaponiya üz-üzə gəlib. Görüş Yaponiyanın 8:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün softbolçuların yarışında daha iki oyun keçiriləcək. Həmçinin futbol turnirində 6 matç olacaq.

Qeyd edək ki, olimpiadanın rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Bəzi yarışlar isə açılışdan əvvəl başlayır.