21/07/2021
16:28
822
| A A A
Olimpiada ərəfəsində Tokioda rekord yoluxma qeydə alındı

Son bir gün ərzində Yaponiyanın paytaxtı Tokioda 1832 nəfər koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu, yanvarın ortalarından bəri paytaxt üçün rekord göstəricidir.

Tokio-2020 Yay Olimpiya Oyunlarında isə indiyədək 80-ə yaxın şəxsdə infeksiya aşkar edilib.

Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb.(report)