22/07/2021
10:34
666
| A A A
Tokio-2020: Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb.

Goal.az xəbər verir ki, Azərbaycan idmançılarının də rəqibləri bəlli olub. Cüdoçuların mübarizəsinə iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə öncə Kəramət Hüseynov və Aişə Qurbanlı çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.

Kişilər

60 kq

Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)

66 kq

Orxan Səfərov - Erlan Serikjanov (Qazaxıstan)

73 kq

Rüstəm Orucov - Musa Moquşkov (İOC, Rusiya)

81 kq

Murad Fətiyev - Frederik Harris (Sierra Leone)

90 kq

Məmmədli Mehdiyev - Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi

100 kq

Zelim Kotsoyev - Aleksandr İddir (Fransa)

+100 kq

Uşangi Kokauri - Matsey Sarnaçki (Polşa)

Qadınlar

48 kq

Aişə Qurbanlı - Katarina Koşta (Portuqaliya)

+78 kq

İrina Kindzerska - İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi