28/08/2021
14:49
926
| A A A
Azərbaycandan 6-cı qızıl medal

Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olub.

Goal.az xəbər verir ki, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.

Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb.