30/08/2021
11:29
1848
| A A A
Azərbaycandan Paralimpiyadada 13-cü medal

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Goal.az xəbər verir ki, para-atletimiz Səid Nəcəfzadə uzunluğa tullanma yarışlarında aktivimizə bürünc medal yazdırıb. O, 7,03 metrlik nəticə göstərib. Yarışın qalibi isə iranlı Amir Xosravani olub - 7,21 metr.

Kamil Əliyev isə bu növ üzrə 6,89 metr nəticə ilə 5-ci olub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 13 medal var. Bunlardan 9-u qızıl, 4-ü isə bürüncdür.