05/03/2022
15:58
1203
| A A A
Azərbaycan millisinin oyunlarının təqvimi Belarusa görə dəyişdirilib

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.

Goal.az xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməyəcək.

Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq.

Milli komanda ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan həmyaşıdlarına qarşı keçirəcək. Hər ki, görüş Karlovats şəhərindəki "Mladost Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.