27/10/2022
17:50
2070
| A A A
Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Meksika 2036-cı ildəki Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb.

Goal.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Marselo Ebrard açıqlamasında bildirib.

O, özlərini uğurlu və iddialı ölkə hesab etdiklərini söyləyib: "Biz futbol üzrə üç dünya çempionatına ev sahibliyi edən yeganə ölkəyik. Həm də dünyanın ən yaxşı iqtisadiyyatlarından birinə malikik".

Qeyd edək ki, 1968-ci ildə olimpiada məhz Meksikada gerçəkləşib. Ölkə 1970, 1986-cı illərdə futbol üzrə dünya çempionatını təşkil edib. 2026-cı ildəki mundial isə Meksika ilə yanaşı ABŞ və Kanadada baş tutacaq.

Növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI