30/08/2019
13:29
986
| A A A
Azərbaycan - Bolqarıstan matçının başlama vaxtı açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsində Bolqarıstanla keçirəcəyi oyunun başlama saatı müəyyənləşib.

Goal.az-ın məlumatına görə, görüş sentyabrın 1-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Lasso Pappa adına İdman Arenasındakı oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Həmçinin Hollandiya - Yunanıstan görüşü də Budapeştdə keçiriləcək.

1/8 finalın təqvimi

17:30. Rusiya – Belçika

18:00. Hollandiya - Yunanıstan

18:00. Serbiya - Rumıniya

20:00. Almaniya – Sloveniya

20:00. İtaliya – Slovakiya

20:30. Azərbaycan - Bolqarıstan

20:30. Türkiyə - Xorvatiya

22:30. Polşa – İspaniya

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33528 səs