19/09/2019
10:16
7263
| A A A
Hakimlər Hacı Əliyevi uduzdurdular, dava düşdü, işə polis qarışdı - VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

Goal.az "Report"a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfi etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalını sildirib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf gösrərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasiya ediblər. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36034 səs