08/10/2019
14:12
1477
| A A A
Azərbaycanın olimpiya çempionu dünyanın ən yaxşı güləşçiləri sırasında yer alıb

Azərbaycan milli komandasının üzvü Şərif Şərifov dünyanın ən yaxşı sərbəst güləşçilərinin mütləq reytinqində “Top-10”a düşüb.

Goal.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı “Flo Wrestling”in mütəxəssislərinin hazırladığı siyahıda 9-cu pillədə qərarlaşıb. Zirvədə isə ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının finalında Şərifovu məğlub edən rusiyalı Abdulrəşid Sadulayev yer alıb. Onun həmyerlisi Zaurbek Sidakov (74 kq) ikinci sıradadır. “Üçlüy”ü mundialda həlledici görüşdə Azərbaycan yığmasının digər üzvü – 79 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənovu məğlub edən ABŞ pəhləvanı Kayl Deyk qapayır.

Dünya çempionatında Azərbaycanın 65 kq çəkidə yarışan üçqat dünya və Avropa çempionu Hacı Əliyevi hakimlərin mübahisəli qərarı ilə məğlub edən rusiyalı Hacımurad Rəşidov isə 8-ci yerdədir.

Çəki dərəcəsindən asılı olmayaraq dünyanın ən yaxşı sərbəst güləşçilərinin reytinqi

1. Abdulrəşid Sadulov (Rusiya, 97 kq)

2. Zaurbek Sidakov (Rusiya, 74 kq)

3. Kayl Deyk (ABŞ, 79 kq)

4. Qeno Petriaşvili (Gürcüstan, 125 kq)

5. Ceyden Koks (ABŞ, 92 kq)

6. Cordan Barrouz (ABŞ, 74)

7. Həsən Yazdani (İran, 86 kq)

8. Hacımurad Rəşidov (Rusiya, 65 kq)

9. Şərif Şərifov (Azərbaycan, 97 kq)

10. David Bayev (Rusiya, 70 kq)

Qeyd edək ki, Şərifov London-2012 Yay Olimpiya Oyunlarının qalibi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən olimpiadanın isə bürünc mükafatçısıdır. O, həmçinin dünya və Avropa çempionu tituluna malikdir.

 Azərbaycan güləşçiləri dünya çempionatını 6 medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına 2 lisenziya ilə başa vurublar. Qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finalda uduzublar. Şərifov həm də “Tokio-2020”yə lisenziya qazanıb. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37006 səs