10/10/2019
13:06
359
| A A A
Şahmatçılarımız iddiaçılar turnirində mübarizəyə başlayırlar

Bu gün Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin ilk turu keçiriləcək.

Goal.az xəbər verir ki, iddiaçılar turnirinə vəsiqə qazandıracaq turnirdə 4 şahmatçımız iştirak edəcək. Birinci turda şahmatçılarımız Rauf Məmmədov Jovanka Houska (İngiltərə), Nicat Abbasov Sergey Karyakin (Rusiya), Vasif Durarbəyli Danil Dubov (Rusiya), Eltac Səfərli Anton Korobov (Ukrayna) ilə mübarizə aparacaqlar.

Mükafat fondu 432 min 500 dollar olan turnirin qalibi 70, ikinci yerin sahibi 50, üçüncü yerə yiyələnəcək idmançı isə 40 min dollar əldə edəcək.

On bir turdan ibarət olan turnirə oktyabrın 21-də yekun vurulacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35941 səs