27/10/2019
14:55
766
| A A A
Şahmatçılarımız Çexiya və Rumıniya yığmaları ilə qarşılaşacaq

Azərbaycanın şahmat üzrə kişi və qadınlardan ibarət milli komandaları Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında dördüncü turun oyunlarına çıxacaqlar.

Goal.az xəbər verir ki, kişilərdən ibarət komandamız Çexiya, qadın yığmamız Rumıniya şahmatçıları ilə üz-üzə gələcəklər.

Kişi şahmatçılar

Şəhriyar Məmmədyarov - David Navara,

Rauf Məmmədov - Jiri Stocek,

Qədir Hüseynov - Peter Miçalik,

Arkadi Naydiç - Viktor Laznicka

Qadın şahmatçılar

Xanım Balacayeva - Korina-İzabela Peptan

Günay Məmmədzadə - İrina Bulmaga,

Ülviyyə Fətəliyeva - Elena-Luminita Kosma,

Türkan Məmmədyarova - Miruna-Daria Lehac

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan komandası birinci və ikinici turu qələbə ilə bitirib. Onlar birinci turda Serbiya, ikinci turda isə Fransa komandalarını məğlub etsə də, üçüncü turda Ukrayna yığmasına uduzublar.

Qadın yığmamız isə birinci turda Latviya və Avstriya şahmatçılarına qalib gəlsə də ikinci turda İspaniya yığmasına məğlub olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs