30/10/2019
09:43
554
| A A A
Azərbaycan güləşçiləri dünya çempionatına 4 medalla başladı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında ilk medalçılar müəyyənləşib.

Goal.az-ın məlumatına görə, 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.

Azərbaycan təmsilçilərindən Əfqan Xaşalov ilk görüşündə son saniyələrdə üstünlüyü əldən verərək kubalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi Xaşalova təsəlliverici görüşə çıxmaq imkanı verib. Bu mərhələdə çinli güləşçiyə heç bir şans tanımayan azərbaycanlı pəhləvan 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Rusiya güləşçisi ilə gərgin keçən görüşdə əzmkarlıq nümayiş etdirən Xaşalov son saniyələrdə qazandığı xallarla dünya çempionatında ilk medalı əldə edib.

Mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov əvvəlcə kanadalı rəqibini məğlub edib. O, daha sonra moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Bayramov ilk hissəni 0:1 hesabı ilə geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. O, həlledici görüşdə yaponiyalı Takuma Taniyama ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın sonuna az qalmış rəqibi əks-fənddə yaxalayan Bayramov 23 yaşadək güləşçilər arasında dünya çempionu olub.

Davud İbrahimov debütdə çətinliklə də olsa, İsveçrə təmsilçisini üstələyib. ABŞ güləşçisi ilə görüş də gərgin mübarizə şəraitində keçib. Yekunda İbrahimov minimal hesablı qələbəyə sevinib. Lakin İbrahimov 1/4 finalda Rusiyada təmsilçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Azərbaycan güləşçisi təsəlliverici görüşə çıxıb. Monqolustan təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələn İbrahimov 3-cü yer uğrunda görüşə vəsiqə qazanıb. İran pəhləvanı ilə həlledici qarşılaşma elə ilk hissədə başa çatıb. Gözəl fənd tətbiq edən İbrahimov "tuşe" ilə qalib gələrək dünya üçüncüsü olub.

Abubakr Abakarov ilk mərhələdə qırğızıstanlı rəqibinə vaxtından əvvəl qalib gəlib. Daha sonra o, Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məyus edən Abakarov adını yarımfinala yazdırıb. O, finala gedən yolda Hindistan güləşçisinə də aman verməyib. Həlledici qarşılaşmada rəqib gürcüstanlı Tariel Qaprindaşvili olub. Qarşılaşmaya çox yaxşı başlayan Abakarov 4 xal qazansa da, çevirmə fəndi edərkən səhvə yol verərək uduzub və gümüş medalla kifayətlənib.

U-23 dünya çempionatı

28 oktyabr

57 kq

1/8 final. Əfqan Xaşalov – Reyneri Andreu Orteqa (Kuba) - 3:7

Təsəlliverici görüş. Əfqan Xaşalov - Vanxao Jou (Çin) - 12:1

Bürünc medal görüşü - Əfqan Xaşalov - Ramiz Həmzətov (Rusiya) - 5:2

65 kq

1/8 final. Turan Bayramov – Kristofer Morqan Misaak (Kanada) - 3:1

1/4 final. Turan Bayramov - Maksim Sakultan (Moldova) - 3:0

1/2 final. Turan Bayramov - İlman Muxtarov (Fransa) - 2:1

FİNAL. Turan Bayramov - Takuma Taniyama (Yaponiya) - 3:2

70 kq

Təsnifat. Davud İbrahimov – Mark Ditşe (İsveçrə) - 10:9

1/8 final. Davud İbrahimov - Alek Uilyam Pantaleo (ABŞ) - 9:8

1/4 final. Davud İbrahimov - Çermen Valiyev (Rusiya) - 0:7

Təsəlliverici görüş. Davud İbrahimov - Temuulen Enxtuya (Monqolustan) - 12:2

Bürünc medal görüşü - Davud İbrahimov - Əmirhüseyn Əli Hüseyni (İran) - 2:2 (tuşe)

79 kq

Təsnifat. Abubakr Abakarov – Atay İzabekov (Qırğızıstan) - 10:0

1/8 final. Abubakr Abakarov - Radik Valiyev (Rusiya) - 16:6

1/4 final. Abubakr Abakarov - Georgi Paskalov (Moldova) - 10:0

1/2 final. Abubakr Abakarov - Veer Dev Qulia (Hindistan) - 8:1

FİNAL. Abubakr Abakarov - Tariel Qaprindaşvili (Gürcüstan) - 2:4 (tuşe)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39285 səs