01/03/2020
13:45
1428
| A A A
Dünya birinciliyi koronavirusa görə təxirə salındı

Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında keçirilməsi nəzərdə tutulan ağır atletika üzrə dünya birinciliyi qeyri-müəyyən müddətə təxirə salınıb.

Goal.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar qəbul edib.

Məlumatda bildirilir ki, dünya birinciliyi hazırda dünyada sürətlə yayılmaqda olan koronavirus təhlükəsi səbəbindən təxirə salınıb.

Sözügedən turnirin 14-21 mart tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. Dünya birinciliyinin nə vaxt baş tutacağı bəlli deyil.