07/03/2020
19:58
1309
| A A A
NBA klublarına xəbərdarlıq olundu

Amerika Milli Basketbol Assosiasiyası (NBA) gələcəkdə oyunların azarkeşsiz keçiriləcəyi ilə bağlı klublara xəbardarlıq edib.

Goal.az xəbər verir ki, bu səbəbdən klublara məktub göndərilib. Bildirilib ki, arenalar oyunçuların və işçilərin istiliyini tez ölçmək üçün cihazlarla təchiz olunmalıdır.

NBA daha öncə basketbolçulardan azarkeşlərlə əlaqəni məhdudlaşdırmağı istəyib.

Qeyd edək ki, ABŞ-da koronavirusundan ölənlərin sayı 17-ə, yoluxanların sayı isə 334-ə çatıb.