19/03/2020
20:52
855
| A A A
Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salındı

"Formula-1" üzrə daha 3 Qran-pri koronavirus epidemiyasına görə baş tutmayacaq.

Goal.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Bununla da təxirə salınan mərhələlərin sayı 7-yə çatıb. Daha əvvəl Avstraliya, Bəhreyn, Vyetnam və Çin mərhələləri də rəsmən təxirə salınmışdı.

Niderlandda keçiriləcəyi nəzərdə tutulan yarış mayın 1-3-də, İspaniyadakı 8-10-da, Monakodakı isə ayın 21-24-də təşkil olunmalı idi.

Azərbaycan Qran-prisi 5-7 iyunda keçirilməlidir.