20/03/2020
10:37
717
| A A A
Azərbaycanlı şahmatçı karantində – 9 gündü

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya edib.

Goal.az xəbər verir ki, bu barədə tanınmış qrossmeyster sosial şəbəkə hesabı vasitəsilə məlumat paylaşıb.

33 yaşlı şahmatçı artıq 9 gündü karantində olduğunu bildirib.

Qeyd edək ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.