"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı
"Formula 1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.
Goal.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi açıqlamasında bildirilir. Təşkilatçılar koronovirus səbəbindən bu qərarı veriblər.
Yarış 5-7 iyunda keçirilməli idi.
Qeyd edək ki, daha öncə 7 mərhələ təxirə salınıb. Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako Qran-Prilərinin sonradan keçirilib-keçirilməməsi də dəqiqləşməyib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR