23/04/2020
10:57
1576
| A A A
Çempion koronavirusa görə karyerasını bitirdi

Norveçin xizəksürmə üzrə olimpiya çempionu Astrid Yakobsen karyerasını başa vurub.

Goal.az xəbər verir ki, 33 yaşlı idmançı koronavirus pandemiyasına görə bu addımı atıb.

Yakobsen hazırda necə səhiyyə işçisi olacağını karyerasından daha çox düşündüyünü bildirib. Xanım idmançı hazırda aldığı təhsilini başa vuraraq bir ildən sonra həkim olacaq.

Astrid Yakobsen 2018-ci il Pxençan Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, üçqat dünya çempionu olmaqla yanaşı, Dünya Kubokunun da qalibidir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5924 səs