24/04/2020
14:53
1315
| A A A
Teymur Rəcəbov Millətlər Kubokunda çıxış edəcək

Mayın 5-də Beynəlxalq Şahmat Federasiyası (FİDE) və "Chess.com" şahmat platformasının təşkil etdiyi İlk onlayn Millətlər Kuboku start götürəcək.



Goal.az xəbər verir ki, artıq turnirdə iştirak edəcək yığmaların heyyətləri də məlumdur.

Yarışda ölkəmizi təmsil edəcək Teymur Rəcəbov FİDE-nin prezidenti Arkadiya Dvorkoviçin kapitan olduğu dünya yığmasının heyyətində çıxış edəcək. O, öz komandasında 1-ci taxta oyunçusu olacaq. Teymurun komanda yoldaşları isə Əlirza Firuzca, Amin Bassem, Mariya Muzıçyuk, Corc Kori və Dianara Sadaukassova olacaqlar.

Xatırladaq ki, onlayn turnir mayın 5-dən 10-dək davam edəcək və 6 komanda mübarizə aparacaq. Bunlar Rusiya, ABŞ, Çin, Hindistan, Avropa və Dünya yığmaları olacaq. Turnir FİDE və "Chess.com"un rəsmi "Twitch", "YouTube", "Mixer", "Twitter" və digər sosial şəbəkələrdən canlı yayımlanacaq.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5922 səs