26/04/2020
10:00
1182
| A A A
Həbibin atası xəstəxanaya yerləşdirildi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov xəstəxanaya yerləşdirilib.

Goal.az xəbər verir ki, məlumatı o, özü də təsdiqləyib. Qısa açıqlama verən ata Nurməhəmmədov "Xəstəxanada yatıram, üzrlü sayın" deyib.

Onun hansı səbəbdən xəstaxanaya yerləşdirilməsinin səbəbi isə məlum deyil.

Qeyd edək ki, daha əvvəl Həbib Nurməhəmmədovun aprelin 18-də Las-Veqasda amerikalı Toni Ferqyusonla nəzərdə tutulan döyüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5931 səs