04/05/2020
18:22
1396
| A A A
Daha bir dünya çempionatı təxirə salındı

Yaponiyanın Fukuako şəhərində 2021-ci ildə keçirilməsi planlaşdırılan su idmanı üzrə dünya çempionatı təxirə salınıb.

Goal.az Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mundial 2022-ci ildə olacaq.

Yarış 13 - 29 mayda baş tutacaq.

Dünya çempionatının vaxtının dəyişdirilməsi Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır.

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək. (Report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5924 səs