06/05/2020
12:52
435
| A A A
Məmmədyarov 4 saat ərzində 21 qələbə qazandı - FOTO

Mayın 3-də Şəhriyar Məmmədyarovun gənclər üçün keçiridiyi şahmat üzrə seans yekunlaşıb.

Goal.az xəbər verir ki, 3 ölkədən və 9 ştatdan idmançılar burada iştirak ediblər.

Azərbaycanı 2 gənc və perespektivli şahmatçı - Ziya Həsənli və Elvin Baim seansda təmsil ediblər. Həmçinin, ABŞ idmançısı olan 10 yaşlı Ryo Çen ölkə çempionu olub. O, həmyerlimiz Rəşad Babayevin tələbəsidir.

Qeyd edək ki, turnirdə 21 oyun keçirilib. Şəhriyar Məmmədyarov bu görüşlərin hamısında qələbə qazanıb. İdmançımız 4 saat ərzində bütün rəqiblərinə qalib gəlib.


Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5920 səs