14/05/2020
11:54
760
| A A A
Həbib Nurməhəmmədovun atası komadadı

Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədovun vəziyyəti ağırdı.

Goal.az xəbər verir ki, MMA döyüşçüsü, Abdulmanapın yetirməsi İslam Maxaçev bu barədə Sport24.ru-ya açıqlama verib:

Dağıstanda olanda onunla danışmaq imkanım olmuşdu. Hər şeyin qaydasında olduğunu demişdi. Amma sonra Moskvaya aparıldı. İndi Abdulmanapın vəziyyəti ağırdı".

57 yaşlı mütəxəssis ikitərəfli pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Dağıstanda düzgün şəkildə müalicə olunmayan Abdulmanapın vəziyyətinin ağırlaşdığı, komaya düşdüyü və bu səbəbdən Moskvaya aparıldığı bildirilir.

Mənbənin məlumatında qeyd olunub: "Onun vəziyyəti çox pisdi. Abdulmanap komadadı. Dağıstanda düzgün müalicə almayıb və nəticədə vəziyyəti ağırlaşıb. Təyyarə ilə Moskvaya aparılıb və indi hərbi hospitaldadı. O, orada təkdi. Qohumları yanına buraxılmır". (Fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5920 səs