14/05/2020
10:57
955
| A A A
Mayk Tayson rinqə qayıdır?

Əfsanəvi boksçu Mayk Tayson yenidən döyüşə çıxmağa hazırlaşır.

Goal.az xəbər verir ki, şəxsi Tvitter səhifəsində məşqdən görüntülərini paylaşan 53 yaşlı keçmiş boksçu xeyriyyə təşkilatı üçün bir neçə görüş keçirəcəyini bildirib.

“Ağıllı olsan, hər şey mümkündür. Ağıllı məşq edin, ağılla özünüzə gəlin” – deyə o bildirib. Paylaşımın sonunda isə Tayson “Mən qayıtdım” deyib.

Videodan görünür ki, 53 yaşı olmasına baxmayaraq, Tayson hələ də yaxşı formadadır.

Qeyd edək ki, “Dəmir Mayk” ləqəbli Tayson peşəkar karyerasını 2005-ci ildə bitirib. Amerikalı boksçu karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5926 səs