16/05/2020
16:51
521
| A A A
Fernando Alonso çempion olduğu komandaya qayıdır

"Formula 1" üzrə ikiqat dünya çempionu Fernando Alonso "Renault" komandasına qayıtmağa yaxındır.

Goal.az xəbər verir ki, ispaniyalı pilot Fransa komandası ilə ciddi danışıqlar aparıb və ilkin razılıq əldə edib.

Onun iki gün öncə "McLaren"ə keçən Daniel Rikkardonu əvəzləyəcəyi gözlənilir. Alonsonun "Renault"a transferi komandanın koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləri fonunda "Formula 1" proqramına dəstək verib-verməyəcəyindən asılı olacaq.

Qeyd edək ki, Fernando Alonso 2005-2006-cı illərdə məhz "Reanult" komandasının heyətində dünya çempionluğunu qazanıb. 39 yaşlı pilot 2016-cı ildə Azərbaycanda keçirilmiş Avropa Qran-prisinin səfiri olub. (report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5922 səs