21/05/2020
18:54
467
| A A A
"Formula 1": Daniel Rikkardonun maaşı açıqlandı

"Formula 1"də çıxış edən "McLaren" komandasının yeni pilotu Daniel Rikkardonun məvacibi müəyyənləşib.

Goal.az-ın "Sportune" nəşrinə istinadən məlumatına görə, Böyük Britaniya komandası ilə 2+1 illik müqavilə imzalayan avstraliyalı sürücünün maaşı hər mövsüm üçün 10 milyon avro təşkil edəcək.

Bundan əlavə, 31 yaşlı pilot 2021-ci ildən hər xala görə 400 min avro, qələbəyə görə isə 1 milyon avro bonus qazanacaq.

Həmçinin müqavilədə Rikkardonun "McLaren"in əsas pilotu kimi göstərildiyi bildirilib.

Qeyd edək ki, Daniel Rikkardo "McLaren"də Karlos Saynsı əvəz edib. İspaniyalı pilot isə "Ferrari" ilə müqavilə imzalayıb. (Report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5921 səs