23/05/2020
15:40
202
| A A A
"Formula 1" Almaniya Qran-prisini təqvimə əlavə edə bilər

"Formula 1" rəhbərliyi 2020 mövsümünün təqvimində yeni dəyişikliklər edə bilər.

Goal.az xəbər verir ki, buna Britaniya Qran-prisinin ləğv olunma ehtimalı səbəb olub. Təqvimə Almaniyanın Hokkenhaym şəhərindəki yarışın əlavə olunma ehtimalı var.

Yarış rəhbərliyi artıq Almaniya Qran-prisinin təşkilatçıları ilə danışıqlara başlayıb.

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. (report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5348 səs