30/01/2021
15:22
3145
| A A A
Bakıdakı Dünya Kubokunun yeni tarixi açıqlandı

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Bakıda koronavius pandemiyasına görə ləğv olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun yeni tarixini açıqlayıb.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnir bu il 18 - 21 noyabrda təşkil ediləcək.

Azərbaycan paytaxtında yaş qrupları üzrə yarış isə 26 - 29 noyabrda baş tutacaq.

Qeyd edək ki, Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku bu il 13 - 14 fevralda keçirilməli idi.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13576 səs