22/04/2021
21:34
2561
| A A A
Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Goal.az xəbər verir ki, bu gün Azərbaycanın 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

İdmançımız qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, bu gün Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.

Xatırladaq ki, turnirdə bundan əvvəl sərbəst güləşçilərdən Turan Bayramov gümüş, Əfqan Xaşalov, Əli Rəhimzadə və Osman Nurməhəmmədov isə bürünc medal qazanıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs