26/04/2021
23:57
674
| A A A
İddiaçılar turnirinin qalibi bəlli oldu

Rusiyanın Yekaterinburq şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turnirinin qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, XIII turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edən Rusiya şahmatçısı Yan Nepomnyaşi sona bir partiya qalmış çempionluğunu rəsmiləşdirib.

31 yaşlı qrossmeysterin qələbəsində ən yaxın izləyicisi Aniş Girinin (Niderland) bu turda rusiyalı Aleksandr Qrişuka uduzması də həlledici rol oynayıb. Son turun nəticələrindən sonra xallarını 8,5-ə çatdıran Nepomnyaşi 7,5 xalı olan Giri üçün əlçatmaz olub. Son turda xallar bərabərləşəcəyi təqdirdə belə, Nepomnyaşi şəxsi görüşlərdəki göstəricilərə görə liderliyini qoruyacaq.

Beləliklə, Yan Nepomnyaşi bu il 24 noyabr - 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq. 2019-cu ildə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov koronavirusun yayılması səbəbindən bu turnirdən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərindəki turnir 2020-ci martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs