27/04/2021
10:10
666
| A A A
Çempionlar Turu: Məmmədyarov və Rəcəbov 1/4 finala yüksəldi

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində sonuncu 5 tur oynanılıb.

Goal.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov XI turda üz-üzə gəliblər. Məmmədyarovun ağ, Rəcəbovun isə qara fiqurlarla oynadığı görüş heç-heçə yekunlaşıb.

Rəcəbov növbəti partiyalarda Sergey Karyakin (Rusiya) və Lenyer Dominges (ABŞ) ilə ağ, Le Kuanq Lyem (Vyetnam) və Vidit Qucrati (Hindistan) ilə qara fiqurlarla qarşılaşıb. 34 yaşlı qrossmeyster ilk görüşdə olduğu kimi, son 4 partiyada da sülhə razılaşıb.

Məmmədyarov isə Levon Aronyan (Ermənistan) və Maqnus Karlsenlə (Norveç) ağ, Aryan Tari (Norveç) və Yohan-Sebastyan Kristiansenə (Norveç) qarşı qara fiqurlarla mübarizə aparıb. Aronyan və Karlsenlə heç-heçə edən 36 yaşlı şahmatçı Tari və Kristiansenə qalib gəlib.

Bu nəticələrdən sonra Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıblar.

Azərbaycan təmsilçiləri ilə yanaşı, Maqnus Karlsen, Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Levon Aronyan, Alireza Firuzca (FIDE) və Le Kuanq Lyem (Vyetnam) də 1/4 finala adlayıblar. Bu mərhələdə Rəcəbov Karlsenlə, Məmmədyarov isə Firuzca ilə qarşılaşacaq.

Çempionlar Turu, V mərhələ

"New In Chess"

26 aprel

XI tur

Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov - 0,5:0,5

XII tur

Teymur Rəcəbov - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Aryan Tari (Norveç) - Şəhriyar Məmmədyarov - 0:1

XIII tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

Le Kuanq Lyem (Vyetnam) - Teymur Rəcəbov - 0,5:0,5

XIV tur

Teymur Rəcəbov - Lenyer Dominges (ABŞ) - 0,5:0,5

Yohan-Sebastyan Kristiansen (Norveç) - Şəhriyar Məmmədyarov - 0:1

XV tur

Şəhriyar Məmmədyarov - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Vidit Qucrati (Hindistan) - Teymur Rəcəbov - 0,5:0,5

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs