28/04/2021
20:37
768
| A A A
"Formula 1": Türkiyə Qran-prisi yenidən təqvimə salındı

Koronavirus pandemiyasına görə ardıcıl 2-ci dəfə ləğv olunan Kanada Qran-prisini əvəzləyəcək yarış müəyyənləşib.

Goal.az xəbər verir ki, yarışın bu mərhələsi Türkiyədə təşkil olunacaq.

11 - 13 iyunda nəzərdə tutulan Qran-pri, ötən il olduğu kimi, "İstanbul Park" trasında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda olacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs