19/05/2021
13:56
808
| A A A
Formula 1 komandasında yeni müqavilə

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Maklaren" komandası pilotu Lando Norrislə müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, 22 yaşlı britaniyalı pilotla uzunmüddətli sözləşmə imzalanıb.

Onun anlaşmasının nə vaxta qədər qüvvədə olacağı açıqlanmayıb.

Qeyd edək ki, Lando Norris 2019-cu ildən "Maklaren"də çıxış edir. Bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.